Ev İdman “Rakuv”un kapitanı: “Qarabağ” yetərincə güclüdür”

“Rakuv”un kapitanı: “Qarabağ” yetərincə güclüdür”

88

“Bu mərhələdə olduğumuza görə şadıq. Hər bir futbolçu üçün Çempionlar Liqasında oynamaq xoşdur. Sabah öz oyunumuzu göstərməyə tam hazırıq”.

Oxu.Az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunu öncəsi mətbuat konfransında Polşanın “Rakuv” klubunun kapitanı Zoran Arseniç deyib.29 yaşlı müdafiəçi “Qarabağ”ın güclü rəqib olduğunu bildirib:“İlk oyunda “Qarabağ”ı gördük. Rəqib yetərincə güclüdür. Diqqətli olmalıyıq. “Qarabağ” yüksək intensivliklə oynayır. Biz də diqqəti buna ayırmalıyıq”.

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Rakuv” oyunu saat 20:00-da start götürəcək. Polşada keçirilən ilk matçda Azərbaycan çempionu 2:3 hesabı ilə məğlub olub.

Əvvəlki məqaləMaliyyə Nazirliyi: “Bu il ARDNF-nin aktivləri 52 milyard dollara çatacaq”
Növbəti məqalədəAzərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri BQXK-yə açıq məktub ünvanlayıblar