Ev Cəmiyyət Bakıda Çin vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb

Bakıda Çin vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb

62

Bakıda Çin vətəndaşının faciəli şəkildə ölməsi ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluqdan bildirilib ki, avqustun 1-də saat 8 radələrində özəl şirkətlərdən birində quraşdırıcı işləyən Çin Xalq Respublikasının vətəndaşı, 1974-cü il təvəllüdlü Ren Zhanmının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ren Zhanmın onunla eyni şirkətdə operator-sürücü vəzifəsində işləyən Vüqar Cəfərovla birgə Qobustan qəsəbəsində yolda olan maneəni qaldırmaq istəyərkən teleskopik yükləyicinin hissələri arasında qalıb və aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Əvvəlki məqaləHikmət Hacıyev: “Azərbaycan və Səudiyyə Ərəbistanı güclü strateji əlaqələri inkişaf etdirməyə çalışır”
Növbəti məqalədə“Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası” təsdiqləndi