“Zirə” yeni futbolçu ilə anlaşıb.Paytaxt təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, “qartallar” Fransanın “Havr” klubundan Salifu Sumanı transfer ediblər. 19 yaşlı vingerlə 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Qvineyadan olan futbolçu karyerası ərzində ölkəsinin “Kalum”, Fransanın “Bastiya” və “Havr” klublarının şərəfini qoruyub.