Ev Cəmiyyət Bərdədə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması sona çatıb

Bərdədə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması sona çatıb

70

Avqustun 2-də Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilər, o cümlədən fərdi yaşayış evləri və həyətyanı sahələr subasmaya məruz qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd edilib ki, bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Qarabağ Regional Mərkəzinin qüvvələri tərəfindən görülmüş tədbirlər nəticəsində Qaraqoyunlu kəndində subasmaya məruz qalmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması sona çatdırılıb.

Əvvəlki məqalə“Neftçi”nin baş məşqçisi: “Yeni transferlərin bəzilərini qeydiyyata sala bilməmişik”
Növbəti məqalədəİrana casusluqda ittiham olunanların məhkəməsi başlayır