Ev Cəmiyyət Oğuzda qanunsuz tikintinin qarşısı alınıb 

Oğuzda qanunsuz tikintinin qarşısı alınıb 

71

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bu barədə FHN-dən bildirilib.Qeyd edilib ki, Oğuz rayonu, Mollalı kəndində vətəndaşa məxsus pay torpağında müvafiq qurumlarla razılaşdırılmadan qanunsuz tikinti faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işinin qarşısı alınıb və obyekt nəzarətə götürülüb.

Əvvəlki məqaləSürücülərin NƏZƏRİNƏ: Parkinqlə bağlı yenilik sabahdan qüvvəyə minir
Növbəti məqalədəGəncə III MDB Oyunlarına ev sahibliyi edəcək