Ev İdman Parisdə keçiriləcək üzgüçülük üzrə Dünya Kuboku ləğv edilib

Parisdə keçiriləcək üzgüçülük üzrə Dünya Kuboku ləğv edilib

72

Beynəlxalq Üzgüçülük Federasiyası (World Aquatics) Sena çayının həddindən artıq çirklənməsi səbəbindən Parisdə keçiriləcək Açıq Suda Üzgüçülük üzrə Dünya Kubokunu ləğv edib.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

“Parisdə yağan yağışdan sonra Senada suyun keyfiyyəti məqbul standartlardan aşağı olaraq qalır. Səhiyyə orqanları və tədbirin tərəfdaşları ilə məsləhətləşmələrdən sonra bu həftəsonu açıq suda üzgüçülük üzrə Dünya Kubokunun ləğv edilməsi qərara alınıb”, – mətbuat xidməti bildirib

Əvvəlki məqaləAzərbaycan cüdoçuları MDB Oyunlarında üç qızıl və iki bürünc medal qazanıblar
Növbəti məqalədəBuffona vəzifə verildi