Ev İdman Dünya Kuboku: Teymur Rəcəbov mübarizəni dayandırdı

Dünya Kuboku: Teymur Rəcəbov mübarizəni dayandırdı

66

Şahmat üzrə Dünya Kubokunda III mərhələnin tay-brek görüşləri keçirilir.Oxu.Az xəbər verir ki, Azərbaycan şahmatçılarından Teymur Rəcəbov İspaniya təmsilçisi Hayme Santosla üz-üzə gəlib.Ağ fiqurlarla ilk rapid oyununu uduzan qrossmeyesterimiz qaralarla heç-heçə edib və mübarizəni dayandırıb.

Rauf Məmmədov FIDE adından çıxış edən Yan Neponyaşiyə uduzub. O, hər iki partiyada rəqibindən zəif olub.Nicat Abasov isə niderlandı təmsil edən Aniş Giriyə ilk rapid partiyasında məğlub olsa da, daha sonra hesabı bərabərləşdirməyi bacarıb. Tərəflər blitsdə güclünü müəyyənləşdirməyə çalışacaqlar.

Əvvəlki məqaləMikayıl Cabbarov: “Silisium istehsalı müəssisəsi yaradılacaq və 160 nəfər işlə təmin ediləcək”
Növbəti məqalədəFinlandiya klubu “Qarabağ”la oyunlar üçün 24 futbolçunu iştirak ərizəsinə daxil edib