“Azpal” QSC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib və rezidentlərin sayı 37-yə çatıb”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında paylaşıb.Bildirilib ki, şirkət tərəfindən Sənaye Parkının ərazisində investisiya həcmi 58,9 milyon manat olan texniki (metallurji) silisium istehsalı müəssisəsi yaradılacaq və 160 nəfər işlə təmin ediləcək.