“Barselona” 2006-cı il təvəllüdlü almaniyalı yarımmüdafiəçi Noa Darviçi transfer edib.
Bu barədə italiyalı jurnalist Fabrizio Romano “X” sosial şəbəkə hesabında məlumat verib.O bildirib ki, Kataloniya klubu Darviç üçün Almaniya “Frayburq”una 2,5 milyon avro ödəyib.
Daha 2,5 milyon avro isə bonus qismində nəzərdə tutulub.
Tərəflər müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalayıblar. “Barsa” vunderkidə bir milyard avro sərbəstqalma məbləği təyin edib.