Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında (NMR) tətbiq edilən müasir vergi inzibatçılığı və şəffaflaşma nəticəsində ötən ilin eyni dövrü ilə müqayisədə yeni qeydiyyatdan keçmiş obyektlərin sayı 3,4 dəfə artaraq 1 619-a çatıb.Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xəbər yayıb.
Məlumata görə, ötən ilin eyni dövrünə nisbətən aktiv nəzarət kassa aparatı olan vergi ödəyicilərinin sayı 7,8%, vergi daxilolmaları isə 3,4 dəfə və ya 2,2 milyon manat artıb.