Bu gün Avropanın üç böyük liqasında yeni mövsüm start götürəcək.
Oxu.Az xəbər verir ki, İngiltərə Premyer Liqası, İspaniya La Liqası və Fransa Liqa 1-də 2023/24 mövsümü başlayacaq.La Liqada açılış oyunu “Almeriya” və “Rayo Valyekano” arasında keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
İngiltərə Premyer Liqasında son çempion “Mançester Siti” meydana çıxacaq. “Şəhərlilər” elitaya yeni qayıtmış “Bernli”ni sınağa çəkəcəklər. Bu qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq.Eyni saatda Fransa Liqa 1-də də ilk oyun keçiriləcək. Mövsümün açılış matçında “Nitsa” və “Lill” üz-üzə gələcəklər.