Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start verilib.Oxu.Az xəbər verir ki, açılış matçında “Qəbələ” “Dalğa Arena”da “Araz-Naxçıvan”ın qonağı olub.Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:0. Qolları 17-ci dəqiqədə İsmail Azzaui və 83-cü dəqiqədə Elvis Maşike vurublar.
Bu, “Araz-Naxçıvan”ın ilk qələbəsi olub. Komanda üç xalla altıncıdır. “Qəbələ” isə xal toplaya bilməyib və sonuncu – 10-cu pillədə qərarlaşıb.