Ev Dünya Avropa və Asiya arasında Orta Dəhlizin effektivliyinin qiymətləndirilməsi aparılıb

Avropa və Asiya arasında Orta Dəhlizin effektivliyinin qiymətləndirilməsi aparılıb

48

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) əhəmiyyətli dərəcədə yaxşılaşdırılması üçün tələb olunan ümumi investisiya təxminən 18,5 milyard avro həcmində qiymətləndirilir.

“Report” Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) araşdırmasına istinadən xəbər verir ki, bu investisiya ehtiyacları dəmiryol və avtomobil yolları şəbəkəsinin bərpası və modernləşdirilməsi, vaqonların sayının artırılması, limanların ötürücülük qabiliyyətinin artması, Mərkəzi Asiyanın beş ölkəsinin hamısında sərhəd-keçid məntəqələrinin, multimodal logistika mərkəzlərinin və köməkçi şəbəkə əlaqələrinin təkmilləşdirilməsi ilə əlaqəlidir.

Müəyyən edilmiş investisiya ehtiyacları Mərkəzi Asiya ölkələrinin hər birinin öz ehtiyaclarını, prioritetlərini, imkanlarını və spesifik şərtlərini nəzərə alır.Avropa və Asiya arasında quru nəqliyyat dəhlizlərinin tədqiqatına əsasən, demək olar ki, Avropa İttifaqı (Aİ) ilə Mərkəzi Asiya arasında ümumi ticarət son 10 ildə 38,8% artaraq 2012-ci ildəki 34,2 milyard avrodan 2022-ci ildə 47,5 milyard avroya çatıb. Özü də burada ümumi ticarətin üçdə ikisini Aİ-nin idxalı təşkil edir.Aİ-nin idxal etdiyi əsas məhsullar mineral məhsullar, adi metallar və onlardan hazırlanmış məmulatlar, həmçinin kimyəvi maddələr və əlaqəli məhsullardır (Aİ-nin ümumi ixracının 92%-i). Aİ-nin Mərkəzi Asiyaya əsas ixracı isə maşın və avadanlıqlar, kimyəvi maddələr və ya əlaqəli məhsullar və nəqliyyat avadanlığıdır (Aİ-nin ümumi ixracının 70,7%-i).

Əvvəlki məqaləFransada ərzaq qiymətləri kəskin artıb
Növbəti məqalədəAvropada günün maraqlı oyunları: Çempion “Barselona” ilk matçını keçirəcək