Ev İqtisadiyyat Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 26 faiz azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 26 faiz azalıb

74

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 333 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 0,9% çoxdur.Yeddi aylıq xarici ticarət dövriyyəsinin 20 milyard 777 milyon ABŞ dolları ixracın, 9 milyard 556 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Son bir ildə ixrac 7,9% azalıb, idxal isə 27,5% artıb.

Son nəticədə xarici ticarətdə 11 milyard 220 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 25,6% azdır.

Əvvəlki məqaləMusiqili Teatrın gənc xor artisti vəfat edib
Növbəti məqalədəManatın dövriyyəyə buraxılmasından 31 il ötür