Ev Cəmiyyət Dərmanların satış qiymətlərinin yuxarı həddi müəyyənləşəcək

Dərmanların satış qiymətlərinin yuxarı həddi müəyyənləşəcək

48

Tarif Şurası bir ay müddətində dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddini müəyyənləşdirəcək.

President.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun tətbiqi və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanında dəyişikliyi təsdiq edib.

Fərmana əsasən, Tarif (qiymət) Şurası “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.5-ci maddəsində nəzərdə tutulmuş dərman vasitələrinin sadələşdirilmiş ekspertizası xidmətlərinin tariflərini, o cümlədən dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddini bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Əvvəlki məqaləQara dənizdə partlayışlar Rumıniyanı hərəkətə keçirdi
Növbəti məqalədəİlham Əliyev Bakıda dərman istehsalı zavodunun açılışında iştirak edib