“Atalanta”nın türk oyunçusu Merih Demiral karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.Məlumata görə, İngiltərə Premyer Liqasının iki klubunun təkliflərini rədd edən 25 yaşlı müdafiəçi “Əl-Əhli”ni seçib.
Bildirilir ki, futbolçunun tibbi müayinəsi artıq başa çatıb.