Ev İqtisadiyyat Naxçıvanda bu il istehlakçılara 374 min manat ƏDV məbləği geri qaytarılıb

Naxçıvanda bu il istehlakçılara 374 min manat ƏDV məbləği geri qaytarılıb

45

Bu il avqustun 1-nə Naxçıvan Muxtar Respublikasında (NMR) yeni nəsil nəzarət-kassa aparatlarının sayı 1 896 ədəd, yanvar-iyul aylarında onlarla qeydə alınan dövriyyə isə 101,3 milyon manatdan çox olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.Məlumata görə, yeddi ayda “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 373,8 min manat, təkcə iyul ayında isə 83,7 min manatdan artıq ƏDV məbləği geri qaytarılıb. 

Yanvar ayı ilə müqayisədə iyul ayında istehlakçılara qaytarılan məbləğ dörd dəfə çox olub.

Əvvəlki məqaləDənizdə batan dörd nəfərin meyiti tapıldı
Növbəti məqalədəAzərbaycana xaricdən pul köçürmələri 45 faiz azalıb