Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol oyunları baş tutacaq.
Oxu.Az xəbər verir ki, İngiltərə Premyer Liqasında mövsümə heç-heçə ilə başlayan “Liverpul” II turda ilk qələbəsini qazanmağa çalışacaq. Komanda saat 18:00-da (bütün oyunların saatı Bakı vaxtı ilə göstərilib – red.) başlayacaq görüşdə “Bornmut”un müqavimətini qırmağa çalışacaq.Premyer Liqada günün digər matçları daha böyük mübarizə vəd edir. Saat 20:30-da “Mançester Yunayted” “Tottenhem”in qonağı olacaq. Günün son oyunu “Mançester Siti” və “Nyukasl” arasında baş tutacaq. Bu görüşün start fiti saat 23:00-da səslənəcək.Fransa Liqa 1-də mövsümə heç-heçə ilə başlayan son çempion PSJ “Tuluza”nın qonağı olacaq.
Görüş sat 23:00-da başlayacaq.Almaniya Bundesliqasında ötən mövsüm çempionluğu son anda əldən verən “Borussiya” (Dortmund) ilk matçını evdə “Köln”ə qarşı keçirəcək. Oyunun start fiti saat 20:30-da səslənəcək.Bu gün İtaliya A Seriyasında yeni mövsümə start veriləcək. Son çempion “Napoli” saat 20:30-da “Frozinone”nin qonağı olacaq. Günün digər maraq doğuran oyununda isə “İnter” “Monza”nı sınağa çəkəcək.İspaniya La Liqasında “Real Madrid” “Almeriya”nın qonağı olacaq. Matçın start fiti saat 21:30-da səslənəcək.Türkiyə Super Liqasında turun mərkəzi oyununda son çempion “Qalatasaray”la “Trabzonspor” münasibətlərinə aydınlıq gətirəcəklər. Oyun saat 22:45-də başlayacaq.










