Ev Cəmiyyət Şəkidə ağır qəzada həlak olanların şəxsiyyəti müəyyənləşib

Şəkidə ağır qəzada həlak olanların şəxsiyyəti müəyyənləşib

45

Şəkidə ağır yol-nəqliyyat hadisəsində həlak olan bir ailənin dörd üzvünün şəxsiyyəti məlum olub.

APA xəbər verir ki, ata, 1989-cu il təvəllüdlü Nicat Namiq oğlu Mirzəyev və üç övladı – 2012-ci il təvəllüdlü Nuray Mirzəyeva, 2013-cü il təvəllüdlü Aysun Mirzəyeva və 2021-ci il təvəllüdlü Uğuz Mirzəyev aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər, ana, 1992-ci il təvəllüdlü Qızxanım Nurəddin qızı Mirzəyeva isə ağır vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləAvropanın 5300 illik ən yaşlı mumyası Anadolu mənşəli çıxdı
Növbəti məqalədəBu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol oyunları baş tutacaq