Ev Dünya “X” sosial şəbəkəsində istifadəçiləri “qara siyahı”ya əlavə etmək funksiyası ləğv ediləcək 

“X” sosial şəbəkəsində istifadəçiləri “qara siyahı”ya əlavə etmək funksiyası ləğv ediləcək 

47

“X” (“Twitter”) sosial şəbəkəsində insanları “qara siyahı”ya əlavə etmək funksiyası ləğv ediləcək.

Bu barədə “X” rəhbəri İlon Mask bildirib.Maskın fikrincə, bu funksiyanın “məntiqi yoxdur”.Əgər o, gələcəkdə dediyini etsə, istifadəçilər müəyyən istifadəçilərin onların yazılarını oxumasına qadağa qoya bilməyəcəklər. Funksiyanın nə zaman aradan qaldırılacağı ilə bağlı isə iş adamı dəqiq məlumat verməyib.

Lakin eyni zamanda istifadəçilərdən gələn mesajları bloklamaq mümkün olacaq.

Əvvəlki məqaləABŞ Ukraynaya “F-16” döyüş təyyarələrinin çatdırılmasına razılıq verib
Növbəti məqalədəAvropanın 5300 illik ən yaşlı mumyası Anadolu mənşəli çıxdı