Ev İqtisadiyyat “Bitcoin”in kəskin dəyər itirməsinin SƏBƏBLƏRİ 

“Bitcoin”in kəskin dəyər itirməsinin SƏBƏBLƏRİ 

52

Son bir həftədə kriptovalyuta bazarında ciddi canlanma yaşanmaqdadır.

Buna qədər isə bir neçə həftə ərzində bazarda cüzi titrəyişlər istisna olmaqla demək olar ki, sabit tendensiya müşahidə olunmurdu. Lakin ötən həftənin sonundan başlayaraq dünyanın birinci kriptovalyutası olan “Bitcoin” kəskin uсuzlaşmağa başladı. Son 7 gündə “Bitсoin”in qiyməti 12 % azalaraq hazırda 25,9 min ABŞ dolları ətrafında qərarlaşıb.

Məsələni “Report”a şərh edən kriptovalyuta bazarı üzrə ekspert Elnur Quliyev kriptovalyuta bazarındakı kəskin ucuzlaşmanın mühüm səbəblərindən birinin amerikalı iş adamı və milyarder İlon Maska məxsus “SpaceX” şirkətinin təxminən 373 milyon ABŞ dolları dəyərində “Bitcoin”i satmasıdır.

Əvvəlki məqaləMoskva meri: “Şəhərə dron hücumu cəhdi olub”
Növbəti məqalədəİcma fəallarımız BMT-nin Cenevrədəki mənzil-qərargahı önündə etiraz edib