Ev İqtisadiyyat Azərbaycanda problemli kreditlərin məbləği 25 faiz azalıb

Azərbaycanda problemli kreditlərin məbləği 25 faiz azalıb

50

Bu il avqustun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 494,7 milyon manat təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.Bildirilib ki, bu, iyulun 1-i ilə müqayisədə 1,5% azdır.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 16,7%, son 1 ildə isə 25,3% azalıb.Bu il iyulun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,2% təşkil edib. Bu nisbət iyunun sonuna 2,3%, ötən ilin sonuna 2,9%, ötən il iyunun sonuna isə 3,5% olub.

Əvvəlki məqaləPrezident İlham Əliyevin Macarıstana işgüzar səfəri başa çatıb
Növbəti məqalədəDövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 46 mini keçib