Ev İdman Dünya Kuboku: Nicat Abasov üçüncü yer uğrunda ikinci oyunda uduzub

Dünya Kuboku: Nicat Abasov üçüncü yer uğrunda ikinci oyunda uduzub

42

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda keçirilən Dünya Kubokunda üçüncü yer uğrunda ikinci oyununda məğlub olub.

Məlumata görə, 28 yaşlı qrossmeyster ABŞ təmsilçisi Fabiano Karuanaya yenilib.Şahmatçılar avqustun 24-də tay-breykdə üz-üzə gələcəklər.

Qeyd edək ki, bu gün, həmçinin, finalın ikinci oyunu baş tutub. Rameşbabu Praqqnanandha (Hindistan) 5 qat dünya çempionu Maqnus Karlsenlə (Norveç) bərabərə qalıb. İlk dueldə də qalib müəyyənləşmədiyi üçün tay-breykə ehtiyac duyulub.

Əvvəlki məqaləBu il Azərbaycana gələn turistlərin sayı 37 faizdən çox artıb
Növbəti məqalədəNazir: “Atıcılıq üzrə dünya çempionatı yüksək səviyyədə təşkil olunub