Ev Dünya Gürcüstanda NATO təlimləri başlayıb

Gürcüstanda NATO təlimləri başlayıb

52

“Agile Spirit-2023” çoxmillətli təlimi Gürcüstanda hava-desant komponenti ilə başlayıb.

Bu barədə Gürcüstan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.“Gürcüstan 11-ci dəfədir ki, “Agile Spirit-2023” təlimlərinə ev sahibliyi edir. Təlimlərin ilk nümayiş komponenti Vaziani hərbi aerodromunun ərazisində baş tutub”, – məlumatda deyilir.

Qeyd edək ki, ABŞ-nin Avropa Komandanlığının 173-cü Hava Desant Briqadasının şəxsi heyəti aerodromda eniş edib. ABŞ hərbçiləri Amerikanın “C-17” çoxməqsədli hərbi-nəqliyyat təyyarəsindən paraşütlə atılıblar.

Əvvəlki məqaləDünya Kuboku: Nicat Abasov ilk üçüncülük oyununda Fabiano Karuanaya qalib gəldi
Növbəti məqalədəÖzbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb