Ev Cəmiyyət Cəlilabadda iki avtomobil qoyun sürüsünə çırpıldı, 20-dən çox heyvan tələf oldu 

Cəlilabadda iki avtomobil qoyun sürüsünə çırpıldı, 20-dən çox heyvan tələf oldu 

46

Cəlilabad rayonunda iki avtomobil qoyun sürüsünə çırpılıb.

Bu barədə “Report”un yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev məlumat verib.

Onun sözlərinə görə, bu gün səhər saat beş radələrində Cəlilabad rayon sakinləri E.Şəmmədov və Ə.Alışovun idarə etdikləri “Mercedes-Benz” markalı avtomobillər rayonun Uzuntəpə kəndi ərazisində hərəkətdə olarkən həmin vaxt yola çıxan qoyun sürüsünə çırpılıb.Nəticədə 23 baş xırdabuynuzlu heyvan tələf olub, nəqliyyat vasitələrinə isə ziyan dəyib.Hazırda faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Əvvəlki məqaləTehranda Urmiya gölünün qurudulmasına qarşı etiraz aksiyası keçirilib
Növbəti məqalədəİsraildə təbii fəlakət nəticəsində doqquz nəfər yaralanıb