Ev İdman Avropada günün ən maraqlı futbol qarşılaşmaları 

Avropada günün ən maraqlı futbol qarşılaşmaları 

50

Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol oyunları keçiriləcək.

Oxu.Az xəbər verir ki, İngiltərə Premyer Liqasında son çempion “Mançester Siti” “Şeffild Yunayted”in qonağı olacaq.Matç saat 17:00-da (Bütün oyunların saatı Bakı vaxtı ilə göstərilib – red.) başlayacaq.Saat 19:30-da turun mərkəzi oyunu keçiriləcək. “Liverpul” “Nyukasl”ın qonağı olacaq.

Eyni saatda Almaniya Bundesliqasında son çempion “Bayern” meydana çıxacaq. Komanda “Auqsburq”u qəbul edəcək.İtaliya A Seriyasında “Yuventus” öz meydanında “Bolonya”nı sınağa çəkəcək. Matçın start fiti saat 20:30-da səslənəcək. Saat 22:45-də son çempion “Napoli” “Sassuolo”nun müqavimətini qırmağa çalışacaq.İspaniya La Liqasında “Barselona” çətin “Vilyarreal” səfərində meydana çıxacaq. Görüş saat 19:30-da başlayacaq.

Əvvəlki məqaləDövlət xətti ilə kirayə verilən mənzillərin sayı açıqlandı
Növbəti məqalədə“Milan”dan darmadağın, “Roma” uduzdu