Ev Siyasət Hikmət Hacıyev: “ABŞ və Avropadakı bütün ermənipərəst siyasətçilər araşdırılmalıdırlar” 

Hikmət Hacıyev: “ABŞ və Avropadakı bütün ermənipərəst siyasətçilər araşdırılmalıdırlar” 

52

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında ABŞ-nin “The New York Post” nəşrindən senator Bob Menendesin həyat yoldaşının mümkün qanunsuz hərəkətləri barədə haşiyə paylaşaraq ermənipərəst siyasətçilərin fəaliyyətinin daha da araşdırılmasına çağırış edib.Prezidentin köməkçisi paylaşımında qeyd edib:“Pul hər şeyi həll edir! ABŞ və Avropadakı bütün anti-Azərbaycan ermənipərəst lobbiçilər və siyasətçilər daha da araşdırılmalıdır”.H.Hacıyevin paylaşdığı “The New York Post”dakı xəbərin başlığında bildirilib:

“Sen. Bob Menendesin arvadı ofisi federal araşdırma təhlükəsi ilə üz-üzə olduğunu etiraf etməzdən aylar öncə 400 min dollar qızıl külçə satıb”.

Əvvəlki məqaləSabahın hava proqnozu açıqlandı
Növbəti məqalədəABŞ qəzeti senator Menendesin erməniəsilli arvadının şübhəli maliyyə əməliyyatlarının təfərrüatlarını açıqladı