İtaliya A Seriyasının II turunda “Milan” böyük hesablı qələbə qazanıb.
Oxu.Az xəbər verir ki, “rossoneri” öz meydanında “Torino”dan güclü olub – 4:1.Olivye Jirunun penaltidən dubl etdiyi qarşılaşmada “Milan”ın digər qollarını Teo Hernandez və Kristian Pulişiç vurublar. Qonaqların heyətində Perr Şurs fərqlənib.
İki matçda maksimum nəticə əldə edən – altı xal qazanan “Milan” liderdir.