Ev Siyasət Azərbaycanın müdafiə naziri Türkiyədə səfərdədir 

Azərbaycanın müdafiə naziri Türkiyədə səfərdədir 

54

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülərin dəvəti ilə qardaş ölkəyə işgüzar səfər edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Qeyd olunub ki, general-polkovnik Z.Həsənov 30 Avqust – Türkiyənin Zəfər Bayramı münasibətilə keçiriləcək silsilə tədbirlərdə iştirak edəcək.

Səfər çərçivəsində, həmçinin, müdafiə nazirinin Türkiyə Respublikası Milli Müdafiə Universitetinin  tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində keçirilən buraxılış mərasimlərində iştirakı da planlaşdırılıb.

Əvvəlki məqaləBirinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hesabat hazırlanıb
Növbəti məqalədəAzərbaycanın rəqəmsal sosial layihələrinin daha bir beynəlxalq uğuru