Ev İqtisadiyyat SOCAR “Baykar” şirkətini yaşıl enerji ilə təmin edib

SOCAR “Baykar” şirkətini yaşıl enerji ilə təmin edib

50

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Türkiyə” “Baykar” şirkətini yaşıl enerji ilə təmin edib.Bu barədə SOCAR məlumat yayıb.

“İki ilə yaxındır elektrik enerjisi verdiyimiz “Baykar”ın elektrik istehlakını 2023-cü ildə yaşıla çevirdik. Beləliklə, “Baykar” elektrik enerjisindən istifadə nəticəsində karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaldacaq”, – deyə şirkətdən bildirilib.

“SOCAR Türkiyə”nin Təbii Qaz Biznes Bölməsinin rəhbəri Fuad İbrahimovun “Baykar Technologies” şirkətinə səfəri zamanı Səlcuq Bayraktar və Haluk Bayraktar ilə əməkdaşlığın miqyası qiymətləndirilib.

Əvvəlki məqaləMikayıl Cabbarov: “Azərbaycanda 10 minə yaxın şəxs ödənişsiz 4Sİ texnologiyaları üzrə kursa qoşula biləcək”
Növbəti məqalədəRonaldu daha bir dünya rekorduna imza atdı