Ev İqtisadiyyat Mikayıl Cabbarov Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının prezidenti ilə görüşüb 

Mikayıl Cabbarov Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının prezidenti ilə görüşüb 

88

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının prezidenti Qao Yuanyuanla görüşüb.

Bu barədə nazir “X” sosial şəbəkə platformasında paylaşım edib.

“Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının prezidenti xanım Qao Yuanyuanla görüşdə qarşılıqlı səfərlərin iqtisadi potensialımızın reallaşdırılmasında önəmini qeyd etdik, ikitərəfli əlaqələrin inkişafı üçün yeni imkanların müəyyənləşdirilməsi məsələlərini nəzərdən keçirdik”, – deyə o qeyd edib.

Əvvəlki məqaləAzərbaycan-Çin birgə iqtisadi təşəbbüslərinin perspektivləri müzakirə edilib
Növbəti məqalədəİƏT nümayəndə heyətinin Ağdama səfəri başlayıb