Ev İdman “Qarabağ”dan son 12 mövsümün ən uğursuz startı

“Qarabağ”dan son 12 mövsümün ən uğursuz startı

69

“Qarabağ” son 12 mövsümdə özünün ən uğursuz startına imza atıb.Peşəkar Futbol Liqasından verilən məlumata görə, son çempion beş turdan sonra yaranan fasiləyə yeddi xalla yollanıb.

Qurban Qurbanovun yetirmələri V turda “Səbail”ə 1:2 hesabı ilə uduzublar. Ağdam klubu arxada qalan oyunlarda iki qələbə, bir heç-heçə və iki məğlubiyyət yaşayıb.“Qarabağ” sonuncu dəfə 2011/12 mövsümündə ilk 5 oyunda bu qədər az xal toplayıb. Həmin vaxt da ağdamlılar 7 xal yığıb. Sonrakı illərdə bu rəqəm daha yüksək olub.

Ağdam klubunun daha zəif startı isə sonuncu dəfə 2007/08 mövsümünə təsadüf edib. 16 il öncə komanda 5 turda cəmi 3 xal toplayıb.

Əvvəlki məqaləXaçmazda 56 yaşlı qadın intihar edib
Növbəti məqalədəMessinin cangüdəni iş başında: Oyun zamanı meydana girdi