Ev Cəmiyyət Şuşada seysmik stansiyanın quraşdırılmasına başlanıldı 

Şuşada seysmik stansiyanın quraşdırılmasına başlanıldı 

47

Şuşada seysmik stansiyanın quraşdırılması ilə bağlı işlərinə start verilib.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli “Trend”ə açıqlamasında deyib ki, dünəndən etibarən Şuşadakı seysmik stansiyanın quyusunun qazılması işlərinə başlanılıb.

“Quyu 100 metr dərinlikdə olacaq. Şuşa şəhəri yaxınlığında quraşdırılan quyudibi seysmik stansiyanın cihaz və avadanlıqları Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Azərbaycan seysmoloqlarına hədiyyəsidir”, – deyə o qeyd edib.

Əvvəlki məqaləMessinin cangüdəni iş başında: Oyun zamanı meydana girdi
Növbəti məqalədəBakıda zəncirvari qəza: Yeddi avtomobil toqquşdu