Ev İdman “Qəbələ”dən yeni transfer

“Qəbələ”dən yeni transfer

47

“Qəbələ” heyətinə daha bir futbolçu qatıb.“Qırmızı-qaralar” Samuel Tettehin keçidini gerçəkləşdiriblər. 27 yaşlı qanalı hücumçu ilə iki mövsümlük müqavilə imzalanıb.

Samuelin son klubu “Adanaspor” olub. 2021-ci ildən Türkiyə təmsilçisində forma geyinən forvard icarə əsasında “Bandırmaspor”da (2023) da çıxış edib. 

Qananın U-20 yığmasında da oynamış hücumçu 2015-ci ildən ölkəsinin əsas millisində debüt edib. O, bu komandada 8 matçda 1 qol vurub.

Əvvəlki məqaləRoman Vasilenko: “Orta Dəhlizin yeni şəraitdə və şərtlərdə canlanması üçün danışıqlar gedir”
Növbəti məqalədə“Moody’s” SOCAR-ın baza kredit balını yüksəldib