Ev İqtisadiyyat Azərbaycanda düyü ucuzlaşacaq

Azərbaycanda düyü ucuzlaşacaq

49

“2018-ci ildə ölkədə çəltikçiliklə bağlı təsdiq olunan “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”na əsasən müəyyən işlər davam etdirilir.Bu proqramın qəbulundan sonra ölkədə çəltikçiliyə maraq daha da artıb. Hətta müəyyən irəliləyişlər əldə edilib və əlavə torpaq sahələri ayrılıb”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında “Azərbaycan Çəltik İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Rövşən Əliyev bildirib.R.Əliyev qeyd edib ki, çəltikçilik Azərbaycanın ənənəvi istehsal sahəsidir və daha çox Lənkəran-Astara iqtisadi rayonuna məxsusdur.Onun sözlərinə görə, artan maraq sayəsində bəzi bölgələrdə əhali çəltikçiliklə daha ciddi məşğul olmağa başlayıb:

“Hazırda onların sayı təxminən 2200 nəfərə yaxındır. Hətta bəzi sahibkarlar tərəfindən torpaq sahələri icarəyə götürülür və əkin aparılır. Dövlət tərəfindən onlara müəyyən qədər dəstək verilir və hər hektara görə onların hər birinə 360 manat subsidiya verilir. Hazırkı məqamda yararsız, şoran torpaqları da bərpa etmək mümkündür.Ölkənin bir çox yerlərində belə sahələr kifayət qədərdir və onları həm bərpa etməklə, həm də su çəkməklə yenidən yararlı hala salmaq, əkmək və məhsul götürmək mümkündür.Dövlət Proqramında da çəltik sahələrinin artırılaraq 10 min hektar sahəyə, məhsuldarlığın isə artırılması ciddi şəkidə nəzərdə tutulub.Son vaxtlar İmişli, Salyan rayonlarında bu sahəyə maraq artıb və hektarlarla torpaq icarəyə götürülərək istifadə edilir. Şirvan bölgəsində – Zərdab, Ucar, Ağdaş, Göyçay rayonlarında da çəltik əkini artıb”.

Əvvəlki məqaləTürkiyə və Azərbaycan Prezidentləri arasında telefon danışığı olub
Növbəti məqalədəTəkər satanlar gömrük qiymətlərinin qalxdığını deyirlər, Dövlət Komitəsi isə təkzib edir