“Barselona” niderlandlı yarımmüdafiəçi Frenki de Yonqa yeni müqavilə təklif edib.
Məlumata görə, Kataloniya klubu futbolçunun yeni müqaviləsini komanda daxilindəki çətin iqtisadi vəziyyətə uyğunlaşdırmaq istəyir.
Oyunçunun hazırkı müqaviləsinin 2026-cı ilə qədər qüvvədə olmasına baxmayaraq, klub oyunçunun maaşını azaltmaq istəyir.
Xatırladaq ki, ötən mövsüm Frenki de Yonqla birlikdə “Barselona” ölkə çempionluğunu qazanmışdı. Frenki 2022/2023 mövsümündə əsas heyətdə bütün yarışlarda 43 oyun keçirib, iki qol vurub və dörd məhsuldar ötürmə edib.