Ev İqtisadiyyat Təkər satanlar gömrük qiymətlərinin qalxdığını deyirlər, Dövlət Komitəsi isə təkzib edir

Təkər satanlar gömrük qiymətlərinin qalxdığını deyirlər, Dövlət Komitəsi isə təkzib edir

131

Maşın təkərlərinin qiymətində artım müşahidə olunur.Xezerxeber.az xəbər verir ki, sürücülər ötən illərlə nisbətdə təkərlərin qiymətində  ciddi şəkildə artım olduğunu deyirlər. 

Qiymət artımını elə satıcılar özləri də təsdiqləyirlər. Təkərlərin qiyməti istehsalçı ölkələrə və təkərlərin ölçülərinə görə dəyişir. Qiymət dəyişikliyi isə xərclərin artması ilə əlaqələndirilir.

Dövlət Gömrük Komitəsindən isə bildirilib ki, ölkəyə idxal olunan məhsulların gömrük rusumlarının dərəcələri Nazilər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.

Hazırda rüsümlarda heç bir artım yoxdur.

Əvvəlki məqaləAzərbaycanda düyü ucuzlaşacaq
Növbəti məqalədəÖlkə ərazisində qeyri-sabit hava şəraiti davam edib