Bazarda hökmran mövqedən sui-istifadə qadağan olunur.
Oxu.Az xəbər verir ki, bununla bağlı Milli Məclisə daxil olan Rəqabət Məcəlləsinin layihəsində qeyd edilib.Məcəlləyə əsasən, bir təsərrüfat subyekti 50 faiz və daha çox bazar payına malik olduqda, hökmran mövqe tutmuş hesab edilir.
Təsərrüfat subyektlərinin təkbaşına və ya birgə hökmran mövqedən bu məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulan rəqabətin məhdudlaşdırılmasına səbəb olan (və ya ola bilən) sui-istifadə halları qadağan edilir.