Azərbaycan və Qazaxıstan arasında ikitərəfli əməkdaşlıq yeni səviyyəyə yüksəlir və yeni mərhələdən keçir”.
“Report”un məlumatına görə, bunu Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel “Azərbaycan-Qazaxıstan: regional əməkdaşlıq” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin səviyyəsi və intensivləşməsi dövlət başçılarının qarşılıqlı səfərlərindən asılıdır:“Son 4 ayda Qazaxıstan Məclisinin nümayəndələrinin, baş nazirinin, mədəniyyət nazirinin və digərlərinin Azərbaycana səfəri əməkdaşlığımızın səviyyəsindən xəbər verir”.“Ölkələrimiz arasında etimada əsaslanan dialoq münasibətlərimizin dinamizminin açarıdır”, – diplomat bildirib.Səfir vurğulayıb ki, Orta Dəhliz məsələsi gündəmdədir:
“Bizim üçün mühüm tərəfdaşlıq sahələri ticarət-iqtisadi və investisiya əməkdaşlığıdır”.
A.Bayel iki ölkə arasında ticarət dövriyyəsinin dinamikasının çox yaxşı olduğunu bildirib:“2022-ci ildə ticarət dövriyyəsi 460 milyon dollara yüksəlib, bu ilin 6 ayında isə əmtəə dövriyyəsi artaraq 300 milyon dollar təşkil edib”.Səfirin sözlərinə görə, Xəzərin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsi çox vacibdir:
“Bu layihə üzrə praktiki işlərə yaxın vaxtlarda başlanılacaq. Bütün bunlar ölkələrin telekommunikasiya müstəqilliyini təmin etmək və informasiya təhlükəsizliyini qorumaq üçün edilir”.