Ev İqtisadiyyat Sahibkara qanunsuz gəlirə görə maliyyə sanksiyası tətbiq ediləcək

Sahibkara qanunsuz gəlirə görə maliyyə sanksiyası tətbiq ediləcək

49

Rəqabət Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına yol verilməklə həyata keçirilən iqtisadi fəaliyyət nəticəsində əldə olunan gəlir qanunsuz gəlir hesab olunur.

Oxu.Az xəbər verir ki, bu, Milli Məclisə daxil olan Rəqabət Məcəlləsinin layihəsində qeyd edilib.Layihəyə əsasən, Rəqabət komissiyası tərəfindən maliyyə sanksiyalarının müəyyən edilməsi zamanı qanunsuz gəlirin məbləğinin tətbiqi nəzərdə tutulan maliyyə sanksiyasından çox olduğu aşkar edildikdə maliyyə sanksiyasının məbləği fərqə mütənasib olaraq artırılır və əldə edilən qanunsuz gəlirin 50 faizi həcmində əlavə maliyyə sanksiyası tətbiq edilir.

Əvvəlki məqaləPrezident “Azərsu” ASC-yə 12 milyon manat ayırdı
Növbəti məqalədəAzərbaycan “Doha Ekspo 2023”də təmsil olunacaq