Ev İdman “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə qələbə ilə başlayıb

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinə qələbə ilə başlayıb

66

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində mübarizəyə start verib.

Oxu.Az xəbər verir ki, H qrupunda yer alan Azərbaycan çempionu ilk oyununu Norveç klubu “Molde”yə qarşı keçirib.Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşün birinci hissəsi o qədər də sürətli alınmayıb.

Nəticədə fasiləyə qədər qapılara qol vurmaq mümkün olmayıb.Əvəzində ağdamlılar ikinci hissədə tempi artırıblar. Ardıcıl hücumlar 56-cı dəqiqədə bəhrəsini verib. Leandro Andrade qapı qarşısına ötürülən topu tora göndərərək, hesabı açıb. Bu qol həm də matçın taleyini həll edib. Qarşılaşmada başqa qol olmadığından, “Qarabağ” rəqibinə qalib gəlib – 1:0.Qrupun digər oyununda Almaniyanın “Bayer” klubu öz meydanında İsveç təmsilçisi “Hakken”i məğlub edib – 4:0.Qeyd edək ki, II turun oyunları oktyabrın 5-də keçiriləcək. Həmin gün “Qarabağ” “Hakken”in, “Bayer” isə “Molde”nin qonağı olacaq.

Əvvəlki məqaləRusiya sülhməramlılarının həlak olduğu insidentlə bağlı Baş Prokurorluq istintaq aparır
Növbəti məqalədəBakı Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirildi