“Arsenal” klubu futbolçusu ilə yeni müqavilə imzalayıb.
Oxu.Az xəbər verir ki, “topçular” Martin Odeqarla 2028-ci ilədək müqaviləni yeniləyiblər.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Norveçli yarımmüdafiəçi – “yeni müqavilə bağlamaq mənim üçün asan qərar idi”, – deyə sevincini bölüşüb.










