Ev İqtisadiyyat Azərbaycan Dünya Bankı ilə Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanmasını müzakirə edib

Azərbaycan Dünya Bankı ilə Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanmasını müzakirə edib

44

Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı (WB) 2024-2028-ci illər yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanmasını müzakirə edib.

Bunu AMB-nin sədri Taleh Kazımov özünün “X” sosial şəbəkəsindəki hesabında bildirib.“AMB-də ölkəmizdə səfərdə olan WB-nin Cənubi Qafqaz üzrə yeni regional direktoru xanım Roland Prays və Azərbaycan üzrə ölkə meneceri xanım Stefani Stollmaysterlə görüşdük, WB-nin Azərbaycandakı cari fəaliyyəti, həyata keçirilən layihələr və gələcək əməkdaşlıq perspektivləri, yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin (2024-2028) hazırlanması üzrə fikir mübadiləsi apardıq. Eyni zamanda WB və AMB arasında həyata keçirilən texniki yardım layihələri ətrafında müzakirə apardıq”, – deyə o qeyd edib.

Əvvəlki məqaləAzərbaycanın keçirdiyi antiterror tədbirləri xarici KİV-də
Növbəti məqalədəŞahin Əliyev: “Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məhsulları ixrac olunacaq”