Ev İqtisadiyyat 600 manat birdəfəlik müavinət üçün müraciət başlanıb

600 manat birdəfəlik müavinət üçün müraciət başlanıb

41

“İşğaldan azad olunan ərazilərimizdə çalışan vətəndaşlarımız artıq 600 manatlıq birdəfəlik müavinətin alınması üçün müraciət edə bilirlər. Müavinət proaktiv qaydada təyin edilir. Şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayət edir”.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Deputat qeyd edib ki, sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər.

Əvvəlki məqaləDünya bazarında neft qiymətləri
Növbəti məqalədəAzərbaycan parataekvondo millisi dünya üçüncüsü oldu