Ev İdman Azərbaycan parataekvondo millisi dünya üçüncüsü oldu

Azərbaycan parataekvondo millisi dünya üçüncüsü oldu

101

Azərbaycan parataekvondo millisi Meksikanın Verakrus ştatında keçirilən dünya çempionatında üçüncü yeri tutub.

Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, mundiala üç idmançı ilə yollanan yığma iki medal qazanıb.

İmaməddin Xəlilovun (70 kq, K-44) çempionluğundan sonra Əbülfəz Abuzərli (80 kq, K-44) də fəxri kürsüyə yüksəlib. O, yarımfinalda məğlub olaraq, yarışı bürünc medalla başa vurub.

Əvvəlki məqalə600 manat birdəfəlik müavinət üçün müraciət başlanıb
Növbəti məqalədəAzərbaycan millisi Avropa Superfinalında B Divizionuna düşdü