Ev İqtisadiyyat Qarabağın erməni sakinləri üçün 38 ton benzin yola salınıb 

Qarabağın erməni sakinləri üçün 38 ton benzin yola salınıb 

47

Azərbaycan Respublikasının Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli və orada yaşayan erməni sakinlərinin ehtiyaclarının təmin olunması üçün təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.

2023-cü il sentyabrın 26-da bağçaların, təcili tibbi yardım və yanğın-söndürmə xidmətlərinin yanacaq-sürtkü materialları ilə təmin edilməsi məqsədilə Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 38 ton benzin, 16 ton dizellə dolu növbəti 2 avtomobil yola salınıb.

Əvvəlki məqaləBu gün Lənkəranda qaz olmayacaq
Növbəti məqalədə44 günlük müharibənin başlamasından üç il ötür: Qazilər savaş xatirələrini bölüşdülər