Ev Cəmiyyət Göyçayda altıotaqlı evdə yanğın olub

Göyçayda altıotaqlı evdə yanğın olub

54

Göyçayda 6 otaqlı evdə yanğın baş verib.FHN-dən verilən xəbərə görə, Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində tikintisi başa çatmayan, ümumi sahəsi 190 kvadratmetr olan birmərtəbəli 6 otaqlı evin dam örtüyünün taxta atmaları 75 kvadratmetr sahədə, bir otağının döşəməsi 25 kvadratmetr sahədə, içərisinə yığılan 2 ton ot bağlaması və plastikdən ibarət pəncərə çərçivəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əvvəlki məqaləVahid Hacıyev: “Zəngəzur dəhlizi istiqamətində infrastruktur işləri sürətləndirilib”
Növbəti məqalədə“Barselona” iflas və tamamilə yox olmaq təhlükəsi ilə üz-üzədir