Ev İqtisadiyyat Gürcüstanın baş naziri İrakli Qaribaşvili iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib

Gürcüstanın baş naziri İrakli Qaribaşvili iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib

42

Gürcüstan və Azərbaycan arasında mövcud strateji əlaqələr və əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Məlumata görə, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.Qəbulda iqtisadi münasibətlərin genişləndirilməsi barədə aparılan müzakirələrin önəmi, tərəfdaşlığın inkişafı istiqamətləri vurğulanıb, potensial layihələrin həyata keçirilməsinin ölkələrimiz üçün faydaları qeyd olunub. Görüşdə mövcud strateji əlaqələr və əməkdaşlığın gələcək perspektivləri nəzərdən keçirilib.

Əvvəlki məqaləAzərbaycan XİN Pakistana başsağlığı verib
Növbəti məqalədəBakı Gəmiqayırma Zavodunda növbəti Ro-Pax tipli gəmi-bərənin tikintisinə start verilib