Ev İqtisadiyyat “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları” təsdiqlənib

“Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları” təsdiqlənib

48

Nazirlər Kabineti “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları”nın təsdiq edilməsi və aktiv istehlakçılar tərəfindən bərpa olunan enerji mənbələri hesabına istehsal edilən elektrik enerjisinin güc həddinin müəyyən edilməsi haqqında qərar qəbul edib.

Oxu.Az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları” təsdiqlənib, aktiv istehlakçı tərəfindən bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsal edən elektrik stansiyasının gücü 150 kVt (150 kVt da daxil olmaqla) həddində müəyyən edilib.

Qərarda dəyişiklik ölkə Prezidentinin 24 avqust 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.

Əvvəlki məqaləZəngilan şəhərindəki çoxmənzilli binaların neçə mənzildən ibarət olacağı açıqlandı
Növbəti məqalədəAlternativ enerji mənbəyinə dair sertifikatın verilməsi qaydası təsdiqlənib