Ev İdman “Neftçi” Azərbaycan Basketbol Liqasının bürünc mükafatçısını məğlub edib

“Neftçi” Azərbaycan Basketbol Liqasının bürünc mükafatçısını məğlub edib

49

2023/24 mövsümündə Azərbaycan Basketbol Liqasında çıxış edəcək komandalar hazırlıqlarını davam etdirirlər.

“Report”un məlumatına görə, “Neftçi” Xaçmaz təmsilçisi NTD INDIGO ilə yoxlama görüşü keçirib.Azərbaycan Texniki Universitetinin idman zalındakı qarşılaşma paytaxt klubunun 98:90 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, NTD INDIGO ötən mövsüm Azərbaycan Basketbol Liqasında bürünc medal qazanıb.

Əvvəlki məqaləPremyer Liqa: “Neftçi” səfərdə “Turan Tovuz”u məğlub edib 
Növbəti məqalədəBolqarıstanda şaxtaçıların etirazları yollarda xaosa səbəb oldu